Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.
Açılışda Leyla Əliyeva, Alyona Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri iştirak edib.
"Yuxular teatrı" adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə nümayiş olunur.
Rəssam bildirib ki, sərgi Avropanın mühüm mədəniyyət mərkəzində keçirilir və əsərlərin bir qismi Azərbaycan mədəniyyətindən ilhamlanıb.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov layihənin reallaşmasına görə təşəkkür edib.
Sərgi 2027-ci il martın 1-dək davam edəcək.











